XƏBƏRLƏR
21 Aprel, 2025
Muzeydə “Açıq qapı” günü keçirilib
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan olunub. Bu təşəbbüs çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində yerli və xarici ziyarətçilər üçün ödənişsiz ekskursiyalar təşkil edilib. Qonaqlara muzeyin zəngin kolleksiyası, Azərbaycanın mədəni irs nümunələri və binanın tarixi haqqında ətraflı məlumat təqdim olunub. Muzeyin yerləşdiyi memarlıq abidəsi və ekspozisiyada nümayiş olunan unikal eksponatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Açıq qapı” gününün keçirilməsi cəmiyyətin muzeylərə olan marağının artırılması və tarixi-mədəni irsin qorunmasına diqqətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri muzeyi ziyarət ediblər
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri və qurama sənəti ilə məşğul olan sənətkarlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Ziyarət zamanı muze...
Muzeydə Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbayca...
Əcnəbi alim muzeydə “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda mühazirə keçib
29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəll...
Muzeyin unikal baş bəzəyi beynəlxalq kataloqda yer alıb
Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü ged...
Tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqam...
Tarix elmləri doktoru Fərhad Cabbarov beynəlxalq elmi seminar və sərgi təşkil olunacağı barədə AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX...
Muzeydə tələbələr üçün seminar keçirilib
22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixti...
Muzeydə Beynəlxalq Abidələr Gününə həsr olunmuş interaktiv dərs keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyi...