Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d Laçın Mustafayev Moskvada Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda keçirilən Yevgeniy İqnatoviç Krupnovun 120 illiyinə həsr olunmuş “XX və XXI əsrin birinci rübündə Şimali Qafqaz arxeologiyasının öyrənilməsində nailiyyət və perspektivlər” XXXIII Krupnov oxumaları adlı beynəlxalq elmi konfransda (Международной научной конференции XXXIII Крупновские чтения «Достижения и перспективы изучения археологии Северного Кавказа в XX – первой четверти XXI века», посвященной 120-летию со дня рождения Евгения Игнатьевича Крупнова) iştirak edib. Konfransda tədqiqatçı-alim L.Mustafayev Erkən dəmir və sarmat dövrü arxeologiyası bölməsində “Antik Qəbələnin şəhərləşmə məsələsinə dair” adlı mövzuda fotoslaydın müşayiəti ilə çıxış edib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və suallara ətraflı cavablandırılıb.
Konfrans materialları çap olunub.