Hörmətli izləyicilər, Yeni il bayramı ilə əlaqədar 31 dekabr 2021-ci il tarixindən 3 yanvar 2022-ci il tarixinədək AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası fəaliyyət göstərməyəcək. Yanvarın 4-dən başlayaraq muzeyin ekspozisiyası və sərgi zalları adi iş qrafiki ilə fəaliyyət göstərəcək.
Qeyd edək ki, muzeyin ekspozisiyası 30 dekabr 2021-ci il saat 16:00-dək açıqdır.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.