Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda XIX-XX əsrlərə aid Almaniya istehsalı olan unikal çay dəsti qorunur. Çay dəsti köhnə Bakının nüfuzlu ziyalıları arasında zadəgan titulu ilə tanınan Aşurbəyov nəslindən olan Ağaşərif Aşurbəylinin şəxsi əşyası olub.
Unikal çay dəsti - çaydan, qənd qabı, süd qabı, fincandan ibarətdir. Ağ fayansdan olan dəst dekol və qızıl işləməlidir. Dəstin bütün qabları üzərində A.Aşurbəylinin fotoşəkilləri həkk olunub.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.