1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Ələkbərov Vüqar Abbas oğlunun anası Ələkbərova Səlvi muzeyi ziyarət edib. Şəhid V. Ələkbərovun döyüş yolu barədə dərc olunan qəzet məqalələri, şəhidin şəxsi əşyaları-fotoşəkilləri, əlyazmaları, kitabları və digər sənədləri anası tərəfindən muzeyin Vətən müharibəsi fonduna təhvil verilib.
Şəhid anası həmçinin muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgini ziyarət etmişdir.
Qeyd edək ki, Səlvi xanım Azərbaycan Müharibə Veteranları Cəmiyyətinin üzvüdür.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.