Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı 13-14 noyabr 2021-ci il tarixlərində keçirilmiş Beynəlxalq Arxeologiya, Sənət Tarixi və Mədəni İrs (Uluslararası Arkeoloji, Sanat Tarihi ve Kültürel Miras Kongresi) Konfransında iştirak edib. Muzey əməkdaşı konfransda “Rəssam Sadıq Şərifzadənin bir əsərinin izi ilə ( MATM-nin materialları əsasında)” adlı məruzə ilə türk dilində çıxış edib. Məruzə maraqla qarşılanmış və verilən suallar cavablandırılmışdır. Konfrans iştirakçılarına sertifikatlar təqdim olunmuşdur. Konfrans materialları nəşr olunacaq.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.