XƏBƏRLƏR
11 Noyabr, 2021
Muzeyin arxeoloji kolleksiyasına maraqlı tapıntı təhvil verilib
Hər il arxeoloqlarımızın fədakar əməyi nəticəsində Azərbaycanın ulu tarixini və zəngin mədəniyyətini özündə əks etdirən neçə-neçə abidə, o cümlədən maddi mədəniyyət nümunəsi aşkar edilərək ikinci həyat qazanırlar.
Sevindirici haldır ki, arxeoloqlarımız öz ənənələrinə sadiq qalaraq gərgin araşdırmalardan sonra tapdıqları maddi nümunələrin elmi və bədii baxımdan əhəmiyyətli hissələrini AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verirlər. Sona yetməkdə olan 2021-ci il də istisna olmadı. Belə ki, Muzeyin Arxeologiya fonduna daimi mühafizə üçün təhvil verilmiş maddi nümunələr arasında maraqlı bədii tərtibata malik və yumşaq cinsli əhəngdaşından düzəldilmiş riton da var. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri t.e.d., prof. Nəcəf Müseyibli tərəfindən muzeyə təhvil verilmiş həmin artefakt 1964-cü ildə qədim Şamaxıda aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Tapıntının müəllifi, mərhum arxeoloqumuz, görkəmli alim Cabbar Xəlilov bu ritona həsr etdiyi məqaləsində onun dini mərasimlərdə içki qabı kimi istifadə olunması ehtimalını irəli sürmüşdü. Onun dövrünü isə e.ə. III-II əsrlərə aid etmişdi.
Muzey mütəxəssisləri hündürlüyü 17 sm, oturacağının diametri 9 sm olan, yuxarı hissəsi iki insan və bir it başı ilə tamamlanan, zəngvari gövdəyə malik bu tapıntının elmi əhəmiyyətini nəzərə alaraq onun ekspozisiyada nümayiş etdirilməsini məqsədəuyğun hesab edirlər.
Qeyd edək ki, bu unikal material muzeyin Arxeologiya fonduna 4 noyabr 2021-ci il tarixində təhvil verilib.
Muzeydə doktoranturaya qəbul üzrə ixtisas imtahanı keçirilib
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Muzeyin kollektivi H.Z.Tağıyevin məzarını ziyarət edib
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur
Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizəd...
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...