UNESCO-nun Almatı klaster bürosunun təşkilatçılığı ilə “Nankin 2021 Sülh Forumuna yol” subregional dialoqu çərçivəsində keçirilən sessiyada iştiraklarına görə Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşova və şöbənin baş mütəxəssisi Zümrüd İsmayılovaya beynəlxalq sertifikat təqdim edilib.
Qeyd edək ki, “Mədəni irs, mədəni və yaradıcı sənaye: Keçmişin mirasından dinc gələcəyimizi quraq” mövzusunda onlayn formatda baş tutan sessiyada Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistandan olan müxtəlif sənət sahələri üzrə 50-yə yaxın mütəxəssis qatılıb.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.