Milli Azərbaycan Tarixi Muzeyi hər zaman olduğu kimi gənc nəslin təlim-tərbiyəsində aparıcı mövqe tutub. Beləki muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlının rəhbərliyi ilə keçirilmiş "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" adlı layihə müsbət mənada geniş rezonans doğurmuşdur.
Layihə bu dəfə 9 noyabr "Bayraq Günü"nə həsr olunmuşdur. Layihə iştirakçıları Gəncə şəhəri Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin, Abşeron rayonu Güzdək kənd tam orta məktəbin, Xudat şəhəri 3 saylı tam orta məktəbin, Nəsimi rayonu Texniki-Humanitar liseyin, Füzuli rayonu 1 saylı tam orta məktəbin şagirdləri olub.
Qeyd edək ki, layihədə muzeyin Silahlar və bayraqlar fondunun materiallarından istifadə olunmuşdur.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.