Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların və ziyarətçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində növbəti dezinfeksiya işləri aparılacaq. Noyabrın 1-i tarixində Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək sanitar-dezinfeksiya tədbirləri ilə əlaqədar Muzeyin ekspozisiya və sərgi zalları fəaliyyət göstərməyəcək.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.