2005-ci il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, hər il oktyabnn 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə isə "Azərbaycan Dəmir Yolları" QSC yaradıldı.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr və Foto-neqativ materialları fondlarında Azərbaycan dəmiryolu tarixinə aid materiallar qorunur: alınma tarixi 1970 ci il olan “Bakı Dəmir yolunun tikintisi” foto-neqativ, alınma tarixi 2002 ci il olan “Dəmir yolu vağzalının işçiləri. Bakı. 1915 ci il” foto-neqativ, alınma tarixi 1977-ci il olan “Bakı elektrik dəmiryolu stansiyasının deposu. 10 oktyabr 1926-cı il” fotoşəkil və bukletlər.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.