Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları CBC telekanalının “Это Азербайджан" verilişinin çəkilişində iştirak ediblər. Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov, Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov və Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin əməkdaşı Ülviyyə Niftəliyeva muzeyin Vətən müharibəsi fondu və 44 günlük müharibəyə həsr olunmuş sərgi barədə məlumat veriblər. Veriliş rus dilində təqdim edilib.
Ətraflı keçiddə⤵
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.