AMEA Milli Azərbaycan Tarixi Muzeyində “H.Z.Tağıyevin Qızlar məktəbi – 120” adlı intellektual tədbir keçiriləcək. Tədbirdə tarixçi alim, t.ü.f.d., dos. Fərhad Cabbarovun “H.Z.Tağıyevin qız məktəbinin tarixindən” adlı foto-slayd nümayişi ilə mühazirəsi olacaq. Sonra tədbir iştirakşılarına bərpaçı mütəxəssis tərəfindən araxçın üzərində Azərbaycanın qədim milli ornamenti olan butanın tikilmə qaydası öyrədiləcək. Mövzu ilə əlaqədar viktorina, muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin ev muzeyi, “Anadır arzulara, hər zaman Qarabağ”, “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” adlı sərgilərinə ekskursiya və fotossesiya təşkil olunacaq.
İştirakçılar muzeyin sertifikatı ilə təltif ediləcəklər.
Tarix: 07 oktyabr 2021-ci il saat 14:00
Yaş həddi: 9-13 yaş.
Proqramda iştirak bir nəfər üçün 5 AZN təşkil edir.
Əlaqə nömrələri: 012-493-11-34; 055-665-52-57; 055-734-76-64
Ünvan: H.Z.Tağıyev küç 4.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.