22 sentyabr 2021-ci il tarixində AMEA Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Qarabağ zəfərinə gedən yol azərbaycanlı alimlərin gözü ilə” adlı onlayn seminar keçirilmişdir. Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsinə aid təqdimatlarında ordumuzun və xalqımızın rəşadətini qiymətləndirmişlər.
Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov “Vətən Müharibəsi Fondunun materialları və fondun fəaliyyəti” mövzusunda çıxış etmiş, iştirakçılara şəhidlərimizin fondda qorunan şəxsi əşyaları barədə məlumat vermişdir. Ş.Mövsümov həmçinin Vətən Müharibəsi Fondunun materialları əsasında muzeyin sərgi zalında təşkil olunmuş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi barədə də geniş məlumat vermişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.