Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan, XIX əsrin sonu XX əsrin əvvəlləri Şirvan bölgəsinə aid xurcunun saxlanma vəziyyəti tam olmadığı və bərpaya ehtiyac olduğu üçün muzeyin Bərpa laboratoriyasına yönləndirilib.
Laboratoriyanın bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən eksponata ikinci həyat verilib. Xurcunların 9 x 3 sm ölçüdə ərişləri qırılıb, üz ipləri tökülmüşdür. Bu nahiyədə yenidən əriş çəkilib və naxışa uyğun iplərlə naxış tamamlanaraq bərpa olunub. Xurcun xovsuzdur, zili və palaz texnologiyasında hazırlanmış, üzərində “Xilə əfşan” kompozisiyası təsvir olunmuşdur.
Xurcun əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.
Qeyd edək ki, eksponatın bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətini Bərpa laboratoriyası səhifəsinə daxil olaraq izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.