XƏBƏRLƏR
20 Sentyabr, 2021
Muzeydə görkəmli neftçi Akif Cəfərova məxsus materiallar qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda tanınmış neftçi, istehsalatçı və alim Akif Cəfərovun (1930-1992) materialları qorunur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirən A.Cəfərov artıq “Gürganneft” trestinin briqada başçısı kimi 1959-cu il mayın 1-də 60 min ton neftin çıxarılmasına nail olmuşdu.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 may 1960-cı il tarixli fərmanı ilə A.Cəfərova Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir. O, 1984-cü ildən ömrünün sonunadək “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışdı. Bir neçə elmi əsərin müəllifi olan Akif Cəfərov qazı ayıran qurğunun ixtiraçısı kimi patent almışdır.
Fondda mühafizə edilən materiallar arasında onun həyat və fəaliyyətinə dair fotoşəkillər, istehsalat jurnalı, aldığı mükafatların sənədlərinin surətləri və xüsusi olaraq özünün müəllifi olduğu “Möcüzələr adasında” (Bakı, 1964) kitabı maraq doğurur. Muzeydə qorunan bu materiallar Azərbaycan SSR-nin neft tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.
Muzeydə doktoranturaya qəbul üzrə ixtisas imtahanı keçirilib
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Muzeyin kollektivi H.Z.Tağıyevin məzarını ziyarət edib
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur
Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizəd...
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...