Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara edilən son dəyişikliyə əsasən sentyabrın 1-dən ölkəmizdə bəzi məhdudiyyətlər qüvvəyə minib.
Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
Bu qayda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə AMEA-nın tabeliyindəki muzeylərə də şamil olunub.
Belə ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin xidmətlərindən yalnız “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı” olan, ən azı birinci dozanı vurdurmuş şəxslər istifadə edə bilərlər.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.