Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov Türkiyənin Bilge İnsanlar Strateji Araşdırmalar Mərkəzinin (BİLGESAM) təşkil etdiyi vebinarda “Cənubi Qafqazda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906)” adlı mühazirə ilə çıxış edib. Mühazirədə münaqişənin tarixi kökləri, gedişi və nəticələri, 1905-1906 il hadisələrinin ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi sonrakı qətliamlar və terror aktları ilə oxşarlıqları ətraflı təhlil olunub.
Vebinarın videoyazısı ilə aşağıdakı linkə keçid etməklə tanış olmaq olar:
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.