Məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 97-ci ildönümü ilə əlaqədar Bakının Mərdəkan qəsəbəsində anım mərasimi keçirilib. Mərasimdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, Muzeyin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov, bir qrup ziyalılar, H.Z.Tağıyevin ailə üzvləri və Muzey kollektivi iştirak ediblər.
Daha sonra iştirakçılar H.Z.Tağıyevin məzarını ziyarət edərək məşhur xeyriyyəçi haqqında çıxış ediblər. Muzeyin baş direktoru N.Vəlixanlı Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyətindən bəhs edərək, onun xatirəsinin əbədi olaraq xalqımızın yaddaşında yaşayacağını bildirib.
Həmçinin qeyd olunub ki, Hacı Zeynalabdin Tağıyevin fəaliyyətinin öyrənilməsi Azərbaycan tarixinin öyrənilməsi deməkdir. Çünki Azərbaycan tarixinin böyük bir hissəsi bu məşhur mesenatın fəaliyyəti ilə bağlıdır.
Sonda H.Z.Tağıyevin və qızı Sara xanımın, Axund Abu Turabın məzarlarıı üzərinə gül dəstələri qoyulub.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.