XƏBƏRLƏR
30 Avqust, 2021
Muzeyin kolleksiyasında Georgi silahı
Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində olduğu dövrdə yerli müsəlman əhalisinin əksəriyyəti hərbi xidmətə çağırılmırdı. Bununla belə, ali silkin nümayəndələri hərbi xidmətə daxil olaraq və ya təhsil ocaqlarında oxuyaraq zabit ola bilir, müxtəlif cəbhələrdə gedən döyüşlərdə iştirak edirdilər. Azərbaycanlıların igidliyini təsdiq edən general İvan Paskeviç Rusiya imperatoru I Nikolaya göndərdiyi raportda yazırdı: “Əlahəzrət İmperator qarşısında müsəlman alaylarının əla igidliyi barədə şahidlik etməyi öz borcum hesab edirəm... Bütün döyüşlərdə onlar əla igidliklə vuruşur, hücumda hər zaman irəlidə olurlar. Qənimət alınan topların, bayraqların və əsirlərin əksəriyyətini onlar götürmüşdür.” Azərbaycanlı zabit və əsgərlər Rusiya ordusu tərkibində imperiyanın XIX əsrin əvvəllərindən bəri apardığı bütün müharibələrdə iştirak etmiş, Rusiyanın orden və medalları ilə təltif edilmişlər. Azərbaycanlılar həmçinin imperatorun Şəxsi mühafizə konvoyunda xidmətə də cəlb edilmişdilər. Birinci Dünya müharibəsi (1914-1918) illərində isə azərbaycanlılardan ibarət Tatar (Azərbaycan) atlı alayı təşkil edilmişdi. Bu hərbi birləşmə alman və avstriya-macar hissələrinə qarşı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Eyni zamanda Birinci Dünya müharibəsi illərində rus ordusunun tərkibində azərbaycanlı zabitlər, o cümlədən bir neçə general qulluq edirdi. “Rus artilleriyasının allahı” kimi məşhurlaşan general-leytenant Əliağa Şıxlinski, general-leytenant Səməd bəy Mehmandarov, general Hüseyn xan Naxçıvanski ordu və korpus komandanları idilər.
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında (Silahlar və bayraqlar fondu İnv. 3116) azərbaycanlıların Rusiya ordusu tərkibində döyüş fəaliyyətini əks etdirən çoxsaylı ekponatlar arasında Georgi silahı da saxlanılır. Üzərində “İgidliyə görə” yazısı olan bu silah Rusiya imperiyasında ən şərəfli döyüş ordeni olan Müqəddəs Georgi ordeninə bərabər tutulurdu. Muzeydə qorunan silah şaşka növünə aiddir, tiyəsi poladdan, ucu az sivri, dəstəyi isə ikihaçalıdır. İmperiya dövründə Georgi silahı ilə 30-dan çox azərbaycanlı təltif olunmuşdur. Onların arasında generallar Cəfərqulu ağa Cavanşir, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Kəlbalı xan və Hüseyn xan Naxçıvanskilər, həmçinin onlarla digər azərbaycanlı zabit və əsgər var idi.
Muzeydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və dirçəliş mərhə...
Muzeydə “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı maarifləndirici və mədəni tədbir keçirilib. Tə...
Muzeydə “Muzey hamı üçündür” adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü k...
Bu gün Vətən Müharibəsi şəhidi Cavid Bayramlının doğum günüdür
Cavid Bayramlı 10 iyun 1994-cü ildə Şahbuz rayonunda anadan olub. O, 2020-cı il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası...
Muzey beynəlxalq elmi əlaqələrini genişləndirir
Beynəlxalq əməkdaşlıq çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizdə ilk dəfə keçirilən irimiqyaslı elmi tədqiqat layihəsinin – “1870-1920-ci i...
Milli Azərbaycan Tarixi Muzeyi və Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb
Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyinin direktoru Serjan Baraxanoviç Sarov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Kairat Sagingalievich Tarba...
Muzeydə “Tarixin uşaq izləri” adlı sərginin açılış mərasimi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərginin açılış mərasimi keçi...
Bu gün Vətən Müharibəsi şəhidi, Rauf Süleymanovun doğum günüdür.
Süleymanov Rauf Allahverdi oğlu 29 may 1987-ci ildə Neftçala rayonunun Abasallı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra 2...