Muzeydə “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş üçün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ələkbər İsgəndər oğlu Ələsgərovun şəxsi əşyalarını Muzeyə təqdim etmiş ailə üzvləri ilə görüş keçirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Ə.Ələsgərovun yaxınları ilə görüşən Muzeyin əməkdaşı t.ü.f.d., dos. Afət Rüstəmbəyova onlara başsağlığı verib, səbir diləyib.
Sonda Sərginin hazırlanması məqsədilə zəruri materialların toplanılması üçün göstərdiyi köməyə görə Ə.Ələsgərovun anasına təşəkkürnamə təqdim edilib.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.