Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin “Ünsiyyət bağları: görüşlər və diskussiyalar” layihəsi əsasında görüş keçirilib. Görüş “İçərişəhər” DTMQİ-nin İçərişəhər Muzey Mərkəzi - Old City Museum Center Bakı Fotoqrafiya Evində keçirilib.
Tədbirdə Muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin müdiri t.ü.f.d., dosent Gülzadə Abdulova və Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin əməkdaşı Zümrüd İsmayılova iştirak ediblər.
Görüş zamanı iştirakçılar İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə təşkil olunmuş Əmman şəhərinin yüz ildən bəri tarixi inkişafını tərənnüm edən “Əmman, 100 illik yürüş” adlı foto sərgi ilə tanış olublar.
Görüşdə İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh də iştirak edib.
Qeyd edək ki, 1 iyulda açılan fotosərgidə Amman şəhərinin tarixi inkişafını təsvir edən 40 ədəd fotoşəkil ziyarətçilərə təqdim olunub.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.