İkinci Qarabağ müharibəsi şəhid ailələrinin üzvləri Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Ailə üzvləri tərəfindən şəhid Məmmədov Sahib Yaşar oğlu, şəhid Səfərov Hikmət İldırım oğlu, şəhid Yusubov Elzar Süleyman oğlu, şəhid Həsənov Tofiq Etibar oğluna məxsus materiallar Muzeyin əməkdaşı Pərvanə Əzimova vasitəsilə Muzeyə təhvil verilib.
Sonda qonaqlar Muzeyi ziyarət ediblər.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.