AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət fakültəsinin magistratura üzrə I kurs tələbəsi Əzizova Jalə Bayram qızı tərəfindən hazırlanmış qobelen hədiyyə olunmuşdur. Qobelen üzərində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuş heykəltəraş Samir Kaçayevin təsviri var.
J.Əzizova qeyd edir ki, bir vətəndaş, bir rəssam olaraq Vətən uğrunda canlarından keçmiş igidlərimizi öz əsərlərimizdə təsvir etmək və yaşatmaq bizim borcumuzdur.
Qeyd edək ki, material Muzeyin Vətən müharibəsi fonduna daxil edilib.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.