Muzeyin Foto-neqativ fondunda II Dünya müharibəsi illərinə dair hərbi hissələrin Xəzər dənizi yolu ilə cəbhəyə daşınmasını əks etdirən fotoneqativ saxlanılır (İnv. 14460; alınma tarixi: 1975-ci il).
Qeyd edək ki, 1941-ci il iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları, o cümlədən Azərbaycan SSR II Dünya müharibəsinə qatıldı. 1941-1945-ci illərdə müharibədə 600 mindən çox azərbaycanlı iştirak etdi. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin alınmasında fəal iştirak etmişdilər. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradılmışdır. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edirdi.
II Dünya müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adını almışdır.
Muzeydə qorunan bu fotoneqativ Azərbaycan xalqının II Dünya müharibəsi dövründəki fəaliyyətini əks etdirmək baxımından əhəmiyyətlidir.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.