Nəzərinizə çatdırırıq ki, Milli Azərbaycan Tarixi Muzeyinin binasında fəaliyyət göstərən H.Z.Tağıyevin xatirə muzeyi hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:30-dan saat 18:00-dək işləyir (kassa saat 17:00-dək açıqdır).
Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında yenidənqurma işləri gedir, açılış haqqında əlavə məlumat olacaq.
Qeyd edək ki, karantin günlərində Muzeyə giriş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir.
Sizi yenidən muzey məkanında görməyə şad olarıq.
Ünvan: Bakı şəhəri, H.Z.Tağıyev küçəsi 4.
Əlaqə telefonu: (012) 493 23 87; (012) 598 17 46
Ətraflı keçiddə http://azhistorymuseum.gov.az/az/visit_plan
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.