Milli Azərbaycan Tarix Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyan şəxslərdən biri Əzizbala Hacıyevə məxsus fotoaparat (İnv. 6114) mühafizə olunur. Bu barədə Muzey əməkdaşı, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu Azərbaycan Fotoqrafiyasının 160 illiyi münasibətilə ilk azərbaycanlı fotoqraf Əzizbala Hacıyevə məxsus fotoaparat barədə ATV kanalının çəkdiyi xüsusi reportajında ətraflı məlumat verib.
Qeyd edək ki, Azərbaycanda ilk foto 1861-ci il çəkilmişdir. Müəllifi kapitan-leytenant A.F.Ulskin olan “Bakının həyat tərzi” adlı foto həmdə Bakı şəhərinin ilk fotosudur.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.