Muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş üçün Azərbaycan Ordusunun leytenantı olmuş hərbi tibb qulluqçusu Adil Əfəndiyevin şəxsi əşyalarını Muzeyə təqdim etmiş ailəsi ilə göruş keçirilib.Görüşdə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, baş mühafizi Məhfuzə Zeynalova, Sənədli Mənbələr Fondunun müdiri Esmira Rəhimova iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən Muzeyin direktoru N.Vəlixanlı onlara başsağlığı verib, səbir diləyib. Qeyd edib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.