"Mənəvi Dünya" İB-nin təşkilatçılığı ilə Hacı Şahin Həsənlinin ideyası əsasında "Qadınlıq hekayəsi" adlı sənədli film çəkilib. Filmdə Muzey əməkdaşları- t.ü.f.d., dosent Tural Şiriyev və t.ü.f.d. Əli Fərhadov iştirak edərək çıxış ediblər. Filmdə müasir qadının üzləşdiyi çağırışlar və ümumilikdə qadınlıq mövzusu Hz. Məhəmmədin qızı Fatimə xanımın həyatı bucağından işıqlandırılıb.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.