Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarında qorunan materiallar əsasında 9 may – faşizm üzərində Qələbə Gününə həsr olunmuş video-tamaşa təqdim olundu. Xəbər verdiyimiz kimi “Cəbhədən məktublar” layihəsinin hazırlanması zamanı Muzeyin Sənədli mənbələr və Hədiyyələr və xatirə əşyaları fondlarında qorunan 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlıların cəbhədən göndərdikləri məktublarından istifadə olunmuşdur.
Lahiyənin ideya müəllifi və rejissoru Fəridə Nesterenkodur.
Ətraflı keçiddə https://youtu.be/ZScbKqvo5zA
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.