Muzeyin Vətən mühribəsi fondunun müdiri Şəfa Mövsümov AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 6 may 2021-ci il tarixində keçiriləcək II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının fəal iştirakçısı, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Mikayıl oğlu Cəbrayılova (1920–1994) həsr olunmuş tədbir üçün Əhmədiyyə Cəbrayılovun Ev Muzeyində olub.
Ş.Mövsümov Fransa müqavimət hərəkatının liderlərindən biri Ə.Cəbrayılova məxsus orden–medalları, şəxsi əşyaları, kitab və qəzet materialları ilə tanış olmuş, həmin materialların müvəqqəti olaraq Muzeydə keçiriləcək tədbir üçün gətirilməsində iştirak etmişdir.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.