İctimai Televiziyanın hazırladığı "Müharibə və rəsmlər" adlı sənədli filmdə Muzeyin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d, dosent Nardanə Yusifova mövzuyla bağlı geniş və əhatəli çıxış edib.
N.Yusifova qeyd edib ki, Muzeyin Təsviri Materiallar fondunun zəngin kolleksiyasında batal janrında işlənilmiş əsərlər də yer alır. Əsasən fransız əsilli rus rəssamı Frans Rubonun "Yelizavetpol uğrunda döyüş" səhnəsinə həsr olunmuş əsəri haqqında maraqlı araşdırmalarını təqdim edən tədqiqatçı alim bu kimi əsərlərin qələbə qazanmış Azərbaycan xalqının yaradıcı insanlarına, gənclərinə daha dolğun əsərlər işləməyə stimul verəcəyini xüsusi vurğulayıb.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.