Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Çağdaş Azərbaycanda elm və təhsilin prioritet istiqamətləri” Respublika elmi konfransında (Zoom platforması üzrə) Muzeyin əməkdaşları t.ü.f.d. Aygün Məmmədova və ADPU-nun doktorantı Elmira Əliyeva çıxış ediblər.
A.Məmmədova “Eldənizlərin ilkin numizmatik faktı - Zovla dəfinəsi” mövzusunda məruzə edib. Məruzədə Lənkəran rayonunun Zovla kəndində aşkarlanmış, hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunan numizmatik faktlar - Azərbaycan atabəyləri (Eldənizlər) Muhəmməd Cahan Pəhləvan (1172 - 1186) və Əbubəkr (1191 - 1211) dövrünə aid mis sikkələr tədqiq edilib.
Daha sonra E.Əliyevanın “Müstəqilliyin ilk illərində Azərbaycan təhsil sistemi (Bakı şəhəri üzrə)” adlı məruzəsində müvafiq dövrdə təhsil sahəsinin inkişafını iki tarixi mərhələyə ayıraraq statistik məlumatlar əsasında təhlil edib.
Konfrans iştirakçılarına sertifikat verilməsi və məruzələrin nəşri nəzərdə tutulub.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.