2021-ci il martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisasının tələbələri üçün seminar keçirilib. Seminar onlayn formatda baş tutub. Seminarda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri, A. A. Bakıxanov adına Tarix İnstitutunun doktorantı Şəfa Mövsümov “Mart soyqırımı: ermənilərin azərbaycanlılara qarşı kütləvi terroru” mövzusunda məruzə edib. Sonda tələbələrin sualları Ş.Mövsumov tərəfindən cavablandırılaraq mövzu üzrə müzakirə aparıılıb.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.