Milli Azərbaycan Tarixi Muzeyi dövlətimizin əziz, milli bayramı olan - Novruz bayramı münasibətilə Azərbaycan xalqına əminamanlıq arzulayır.
Azərbaycan torpaqlarının müdafiəsində dayanan igid əsgərlərimizə bu əziz gündə səmimi bayram təbriklərimizi yetiririk. Ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək, uca şəhidlik mərtəbəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirik.Ölkəmizə sülh, əminamanlıq, xalqımıza can sağlığı, ruzi-bərəkət arzulayırıq.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.