“ASAN Könüllülər” Təşkilatının 3 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil edilib.
Qeyd etmək olar ki, “ASAN xidmət” mərkəzlərindəki könüllü fəaliyyəti Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasətinə töhvə vermiş bir təcrübə məktəbidir. Bu təcrübə məktəbinin məqsədi Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşməsindən ibarətdir.
Muzeyi ziyarət edən Könüllülərin Muzey haqqında təəssüratları: “Muzeydə olan ornamentlərin gözəliyi, füsunkarlığı bizi valeh etdi. Nümayiş olunan eksponatların orjinalığını itirmədən saxlamaqları özü bir məsuliyyətli işdir, bunun üçün muzey kollektivinə minatdarlığımızı bildirmək istəyirik. Fikrimizcə, kiçikdən böyüyə hər bir kəs muzeyi ziyarət edərək bu gözəlliyin şahidi olmalıdır”.
Yenidən görüşmək ümidi ilə “Asan Könüllülər”ə işlərində uğurlar arzulayırıq!
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.