AMEA Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyaları tərkibindən və dövründən asılı olmayaraq Azərbaycan tarixi və mədəniyyəti, o cümlədən arxeologiyası üçün əhəmiyyət kəsb edən maddi nümunələrlə zəngindir. Məhz bu zənginliyin nəticəsidir ki, həm yerli, həm də əcnəbi tədqiqatçılar öz araşdırmaları üçün Muzeyə müraciət edirlər. Belə müraciətlərdən biri AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, t.ü.f.d., dos. Zeynəb Quliyeva tərəfindən edilib. O, doktorluq dissertasiyasının mövzusuna uyğun olaraq Muzeyin arxeoloji kolleksiyasında yer almış I Kültəpə yaşayış yerinin neolit dövrü tapıntıları üzərində tədqiqatlar aparıb. Tədqiqat çərçivəsində həmin tapıntıların qrafik və foto şəkilləri çəkilib, ölçüləri götürülüb.
Bundan əlavə tapıntıların qeydiyyat nömrələri, tapılma vaxtları və məkanları ilə bağlı zəruri məlumatlar da qeydə alınıb.
Araşdırmalara 2021-ci il 19 mart tarixində yekun vurulub.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.