XƏBƏRLƏR
30 Avqust, 2021
Muzeyin kolleksiyasında Georgi silahı
Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində olduğu dövrdə yerli müsəlman əhalisinin əksəriyyəti hərbi xidmətə çağırılmırdı. Bununla belə, ali silkin nümayəndələri hərbi xidmətə daxil olaraq və ya təhsil ocaqlarında oxuyaraq zabit ola bilir, müxtəlif cəbhələrdə gedən döyüşlərdə iştirak edirdilər. Azərbaycanlıların igidliyini təsdiq edən general İvan Paskeviç Rusiya imperatoru I Nikolaya göndərdiyi raportda yazırdı: “Əlahəzrət İmperator qarşısında müsəlman alaylarının əla igidliyi barədə şahidlik etməyi öz borcum hesab edirəm... Bütün döyüşlərdə onlar əla igidliklə vuruşur, hücumda hər zaman irəlidə olurlar. Qənimət alınan topların, bayraqların və əsirlərin əksəriyyətini onlar götürmüşdür.” Azərbaycanlı zabit və əsgərlər Rusiya ordusu tərkibində imperiyanın XIX əsrin əvvəllərindən bəri apardığı bütün müharibələrdə iştirak etmiş, Rusiyanın orden və medalları ilə təltif edilmişlər. Azərbaycanlılar həmçinin imperatorun Şəxsi mühafizə konvoyunda xidmətə də cəlb edilmişdilər. Birinci Dünya müharibəsi (1914-1918) illərində isə azərbaycanlılardan ibarət Tatar (Azərbaycan) atlı alayı təşkil edilmişdi. Bu hərbi birləşmə alman və avstriya-macar hissələrinə qarşı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Eyni zamanda Birinci Dünya müharibəsi illərində rus ordusunun tərkibində azərbaycanlı zabitlər, o cümlədən bir neçə general qulluq edirdi. “Rus artilleriyasının allahı” kimi məşhurlaşan general-leytenant Əliağa Şıxlinski, general-leytenant Səməd bəy Mehmandarov, general Hüseyn xan Naxçıvanski ordu və korpus komandanları idilər.
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında (Silahlar və bayraqlar fondu İnv. 3116) azərbaycanlıların Rusiya ordusu tərkibində döyüş fəaliyyətini əks etdirən çoxsaylı ekponatlar arasında Georgi silahı da saxlanılır. Üzərində “İgidliyə görə” yazısı olan bu silah Rusiya imperiyasında ən şərəfli döyüş ordeni olan Müqəddəs Georgi ordeninə bərabər tutulurdu. Muzeydə qorunan silah şaşka növünə aiddir, tiyəsi poladdan, ucu az sivri, dəstəyi isə ikihaçalıdır. İmperiya dövründə Georgi silahı ilə 30-dan çox azərbaycanlı təltif olunmuşdur. Onların arasında generallar Cəfərqulu ağa Cavanşir, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Kəlbalı xan və Hüseyn xan Naxçıvanskilər, həmçinin onlarla digər azərbaycanlı zabit və əsgər var idi.
Ruandanın Gənclər və İncəsənət naziri Milli Azərbaycan Tarixi Muzeyində olub
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan Ruanda Respublikasının Gənclər və İncəsənət naziri Dr. Utumatwishima J...
Tailand Krallığının Mədəniyyət Nazirliyinin nümayəndələri Muzeyi ziyarət ediblər
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edən Tailand Krallığının mədəniyyət nazir...
XII Bakı Beynəlxalq Kitab Sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri təqdim olunur
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin elmi nəşrləri ziyarətçilərin diqqətinə çatdırılır. Muzeyin stendində ...
Muzeyin əməkdaşının elmi məqaləsi beynəlxalq simpozium materialları toplusunda nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi Günel Ağa qızı Məmmədovanın “Azərbaycanın sovet dövründə hərbi elitası: müharibə və sülh konteksti...
Muzeyin əməkdaşı beynəlxalq konfransda iştirak edib
21 oktyabr 2026-cı il tarixində Xəzər Universitetində Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və universitetin birgə təşkilatçılığı ilə “Q...
Muzeydə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş növbəti interaktiv dərs, kvest-kviz və ustad dərsi keçirilib
2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində Bakı Avropa Liseyini...
Muzey əməkdaşının məruzəsi beynəlxalq topluda nəşr edilib
Qars Qafqaz Universitetinin təşkilatçılığı, Xəzər Universitetinin ev sahibliyi ilə 29 aprel 2026-cı il tarixində Bakıda keçirilmiş “I. Uluslararası Tü...
Muzeydə Azərbaycan dəmir yolu nəqliyyatının inkişaf tarixini əks etdirən materiallar qorunur
Hər il oktyabrın 13-də qeyd olunan Azərbaycan Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xa...