XƏBƏRLƏR
30 Dekabr, 2020
Muzey əməkdaşlarının məruzələri beynəlxalq toplularda nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - direktor müavini, dosent Həbibə Əliyevanın, dos. Tural Şiriyevin, t.ü.f.d. Əli Fərhadovun, elmi işçilər Fatma Qəniyevanın və Nurəngiz Qarayevanın məruzələri Türkiyənin Aydın şəhərində 11 - 13 noyabr 2020-ci il tarixində keçirilmiş 14-cü Beynəlxalq türk sənəti, tarixi və folkloru konqresinin materialları toplusunda dərc edilib (Aydın, 2020). Dosent Həbibə Əliyevanın “Şirvan memarlıq məktəbinin yadigarı – Tuba Şahi məscidi”, dosent Tural Şiriyevin “Azərbaycanda orta əsrlərdə təziyə mərasimlərində məqtəl əsərlərin rolu”, t.ü.f.d. Əli Fərhadovun “XIX əsrin sonu – XX əsrin əvvəllərində Qafqaz mətbuatında türk (Azərbaycan) və erməni mədəni əlaqələri haqqında”, Fatma Qəniyevanın “Müasir dövrdə müsafirpərvərlik fenomeninin etnoloji və mədəni aspektləri”, Nurəngiz Qarayevanın “Filmlərdə unudulmuş xalq oyunları” adlı məruzələri topluda yer alıb.
Həmçinin dos. Həbibə Əliyevanın, t.ü.f.d. Əli Fərhadovun və Aynur Babayevanın məruzələri 02 – 04 dekabr 2020-ci il tarixində Türkiyənin Konya şəhərində keçirilmiş 14-cü Beynəlxalq türk mədəniyyəti, sənəti və mədəni mirası qoruma simpoziumunun materialları toplusunda nəşr edilib (Konya, 2020). Dos. Həbibə Əliyevanın “Türk-islam mədəniyyətini təcəssüm etdirən Şahxəndan türbəsi”, t.ü.f.d. Əli Fərhadovun “Azərbaycanda islam: əl-Bakuvi nümunəsi”, Aynur Babayevanın “ICOM Azərbaycan Milli Komitəsinin muzeylərin beynəlxalq münasibətlərindəki rolu və əhəmiyyəti” adlı məruzələri topluda yer alıb.
Məruzələri nəşr edilən Muzey əməkdaşlarını təbrik edir, yeni uğurlar arzulayırıq.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlının biblioqrafiyası çap olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
Tarix elmləri doktoru Fərhad Cabbarovun “Əziz Əliyev. Görkəmli dövlət və elm xadimi” kitabı nəşr olunub
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.
Muzeyin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqunun təqdimatı olub
Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqun təqdimatı keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlə...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materialları təqdim olunur
2025-ci il dekabrın 2–3-də Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş və muzeyin 105 illiyinə həsr olunmuş “Tarixin öyrənilməsinin və tədrisinin akt...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materiallarını təqdim edirik
Ətraflı keçiddə...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqu (Bakı: "Aspoliqraf", 2025, s.240) işıq üzü görüb. Muzeyin elmi işlər...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri – Azərbaycanın tanınmış kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin anadan olma...
Muzeyin direktoru, akademik Nailə Vəlixanlının yeni monoqrafiyası nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rus dilində “Zəngəzurun VII–XII əsrlər tarixindən” adlı yeni monoqrafiyası nə...