XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
08 Dekabr, 2025
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri – Azərbaycanın tanınmış kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş “Yusif Məmmədəliyev irsi Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında” adlı kataloq işıq üzü görüb. Kataloqun elmi redaktoru muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, tərtibçiləri- muzeyin Hədiyyələr və xatirə əşyaları fondunun müdiri Rəna Səfərova və həmin fondun kiçik elmi işçisi Günel Məmmədovadır.
Kataloqda XX əsrin 1930–1960-cı illərini əhatə edən dövrə aid 150-dən çox nadir sənəd, fotoşəkil, orden və medallar, eləcə də alimin şəxsi əşyaları yer alıb. Nəşrdə Yusif Məmmədəliyevin elmi fəaliyyəti, beynəlxalq nüfuzu, həmçinin Azərbaycan elminin inkişafındakı xidmətləri muzey fondunda qorunan materiallar əsasında sistemli şəkildə təqdim olunur. Kataloq həm elmi ictimaiyyət, həm də geniş oxucu auditoriyası üçün dəyərli mənbə olmaqla yanaşı, Azərbaycanın görkəmli alimlərinin irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.