6-9 dekabr 2020-ci il tarixlərində Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə keçirilmiş VII Beynəlxalq Avrasiya Zirvəsi Elmi Araşdırmalar və Aktual Problemlər Konfransının məruzələr toplusu nəşr olunub. MATM-nin əməkdaşları – şöbə müdiri Fəridə Şəmsinin “Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının dünya muzeylərində təbliğindən” (s.552-558), t.ü.f.d. Aygün Məmmədovanın “Şəmkir orta əsr şəhərində aşkarlanan yeni numizmatik tapıntılar” (s.322-328); Şəfa Mövsümovun “Şirvanşah Şahruxun sikkələri (2009-cu ilin Qəbələ dəfinəsinə əsasən)” (s.330-334) adlı məruzələri topluda yer alır. Muzey əməkdaşlarını təbrik edir, yeni uğurlar arzulayırıq!
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.