XƏBƏRLƏR
28 Dekabr, 2020
Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş elmi məqalələr toplusu nəşr olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Tarix və mədəniyyət. Faktlar və dəyərlər” elmi məqalələr toplusu (Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafi ya Mərkəzi, 2020. – 656 s.) nəşr olunub. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş topluda tarixin, şərqşünaslığın, arxeologiyanın, epiqrafikanın, etnoqrafiyanın, sənətşünaslığın, mənbəşünaslığın, tarixşünaslığın, muzeyşünaslığın müxtəlif məsələlərinə dair elmi məqalələr yer alıb. Kitabda Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna alimlərinin 50-dən çox məqaləsi dərc olunub. Məqalələr toplusunun məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlının biblioqrafiyası çap olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
Tarix elmləri doktoru Fərhad Cabbarovun “Əziz Əliyev. Görkəmli dövlət və elm xadimi” kitabı nəşr olunub
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.
Muzeyin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqunun təqdimatı olub
Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqun təqdimatı keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlə...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materialları təqdim olunur
2025-ci il dekabrın 2–3-də Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş və muzeyin 105 illiyinə həsr olunmuş “Tarixin öyrənilməsinin və tədrisinin akt...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materiallarını təqdim edirik
Ətraflı keçiddə...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqu (Bakı: "Aspoliqraf", 2025, s.240) işıq üzü görüb. Muzeyin elmi işlər...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri – Azərbaycanın tanınmış kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin anadan olma...
Muzeyin direktoru, akademik Nailə Vəlixanlının yeni monoqrafiyası nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rus dilində “Zəngəzurun VII–XII əsrlər tarixindən” adlı yeni monoqrafiyası nə...