XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
24 Fevral, 2026
Xalq artisti Səkinə İsmayılovanın 70 illik yubileyi

Səkinə Qulu qızı İsmayılova 24 fevral 1956-cı ildə anadan olub. 1974-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyətə başlamış, 1990-cı ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Onun zəngin və özünəməxsus ifaçılıq tərzi Azərbaycan muğam sənətinin inkişafına mühüm töhfə vermişdir.

Səkinə İsmayılova 1989-cu ildə Əməkdar artist, 1992-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür.

Milli Azərbaycan Tarixi Muzeyi sənətkarın yubiley günü münasibətilə fondlarında qorunan şəxsi əşyalarını — fotoşəkilləri, qavalı, qarmonu, musiqi valını, səhnə geyimlərini və portretini ictimaiyyətə təqdim edir. Bu əşyalar Səkinə İsmayılovanın sənət yolunu, səhnə həyatını və Azərbaycan musiqi mədəniyyətindəki yerini əks etdirən dəyərli mədəni irs nümunələridir.

Muzeyi ziyarət edərək bu nadir eksponatlarla yaxından tanış olmağa dəvət edirik.