XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
11 Fevral, 2026
Muzeyin qocaman əməkdaşı Mina xanımı 75 illik yubileyi münasibətilə təbrik edirik!

Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının qocaman əməkdaşı Mina Əliyulla qızı Əliyevanın 75 yaşı tamam olur. Mina Əliyeva 1970-ci ildən etibarən muzeydə kitabxanaçı vəzifəsində əmək fəaliyyətinə başlamış və 56 il ərzində muzeyin kitabxana sistemində çalışmışdır. Uzun illər ərzində o, kitabxana fondunun qorunması, sistemləşdirilməsi və oxuculara təqdim olunması istiqamətində səmərəli fəaliyyət göstərmişdir. M.Əliyeva muzeyin kitabxana sisteminin inkişafında göstərdiyi xidmətlərə görə 22 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür. Zəhmətsevərliyi, məsuliyyətli yanaşması və yüksək mədəniyyəti ilə hər zaman kollektivin hörmətini qazanan Mina xanımı 75 illik yubileyi münasibətilə təbrik edir və möhkəm cansağlığı arzulayırıq.