Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında “Qafqaz Albaniyası mədəniyyətinin xristian elementləri” adlı yeni kitab-albom işıq üzü görüb. Kitabın baş redaktoru t.e.d, professor Qafar Cəbiyev, elmi redaktoru t.e.d Ramil Ağayev, müəllifi muzeyin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədovdur.
Kitabda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan və ekspozisiyada nümayiş olunan nadir arxeoloji artefaktlar, ölkəmizin erkən orta əsrlərin xristianlıq dövründəki maddi və mənəvi mədəniyyəti barədə məlumat verilib.
Sözügedən nəşr Azərbaycanın zəngin mədəni irsinin araşdırılması və öyrənilməsi baxımından mühüm elmi mənbə sayılır.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.