Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan maddi-mədəniyyət nümunələri əsasında hazırlanmış, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Milli Azərbaycan Tarixi Muzeyinin Son Tunc-Erkən Dəmir dövrünə aid Naxçıvan kolleksiyası” adlı kitab nəşr edilib. Kitabın elmi məsləhətçisi akademik Nailə Vəlixanlı, elmi redaktoru tarix elmləri doktoru, professor Nəcəf Müseyibov, müəlliflər: t.ü.f.d. Laçın Mustafayev və t.ü.f.d. Aida İsmayılovadır. Nəşrdə Naxçıvanın Son Tunc-Erkən Dəmir dövrünə aid müxtəlif arxeoloji tapıntılar təqdim olunur. Tapıntıların klassifikasiyası aparılmış, onların müqayisəli və analitik təhlili verilmişdir. Eyni zamanda, tapıntıların tarixi əhəmiyyəti və Azərbaycanın maddi-mədəni irsinin öyrənilməsindəki rolu tədqiq olunmuş, həmin dövrdə Naxçıvanın digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinə toxunulmuşdur. Nəşrdə qeyd olunur ki, Naxçıvanın Son Tunc-Erkən Dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri Şərqin yüksək inkişaf etmiş sivilizasiyaları ilə müqayisədə geri qalmadığını göstərən faktlardır.
Kitab tədqiqatçılar, tarixçilər və geniş oxucu auditoriyası üçün dəyərli bir elmi vəsait kimi əhəmiyyətlidir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.