Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarovun məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə (1838-1924) həsr olunmuş “Səxavət dünyasının sərvəri” kitabı nəşr edilib. Yeni əsər müəllifin son 15 ildə H.Z.Tağıyev haqqında apardığı araşdırmalarının nəticəsidir. “TEAS Press Nəşriyyat Evi” tərəfindən buraxılan monoqrafiya Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə arxivlərində saxlanılan nadir sənədlər, dövri mətbuat materialları əsasında yazılıb.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.