Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında hazırlanmış “XIX-XX əsrin əvvəllərində Azərbaycanda təhsil” adlı yeni kataloqu işıq üzü görüb (Bakı: Aspoliqraf, 2023, 200 səh). Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, tərtibçiləri- Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Kərimov, Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova, həmin şöbənin əməkdaşı, baş mütəxəssis Nərmin Bağırovadır.
Kataloq Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan və Azərbaycanın təhsil tarixini əks etdirən materiallar əsasında tərtib olunub. Kataloqda yer alan sənədlər, fotoşəkillər, dərslik nümunələri, təhsilin inkişafında xidməti olan maarifçilərin və təhsil işçilərinin materialları unikallığı ilə seçilir.
Həmçinin, kataloqda qeyd olunur ki, həmin dövrdə tədris müəssisələrindən əlavə mühasibatlıq, ticarət, tibb, tikiş və s. üzrə mütəxəssis yetişdirən müxtəlif peşə məktəbləri, kurslar açılmışdır.
Kataloq Azərbaycan təhsil tarixinin tədqiqatçısı Nərmin Tahirzadənin xatirəsinə həsr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.