“Milli Azərbaycan Tarixi Muzeyi – 2023” növbəti elmi məqalələr toplusu (Bakı, “Aspoliqraf”, 2023, 210 s.) işıq üzü görüb. Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunan toplunun baş redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Topluda “Tarix”, “Arxeologiya”, “Etnoqrafiya” və “Yubileylər” bölmələri üzrə muzeyin əməkdaşlarının və başqa müəssəsələrdən olan alimlərin elmi araşdırmalarından ibarət məqalələri dərc olunub (Azərbaycan və rus dillərində). Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hər il nəşr olunan toplu öz oxucularına qiymətli mənbə, tarix elminə dəyərli töhfə olaraq mühüm əhəmiyyət kəsb edir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.