Milli Azərbaycan Tarixi Muzeyinin elmi şurasının qərarı ilə «Я – дочь бакинского миллионера Тагиева» (“Mən Bakı milyonçusu Tağıyevin qızıyam”. Bakı: “Azpoliqraf”, 2023, 208 s.) adlı kitab işıq üzü görüb. Kitabın müəllifi muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarovdur. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Sarayeva-Tağıyevanın həyatına həsr olunmuş kitabda Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli eksponatları (fotoşəkillər, sənədlər) yer alıb və Sara xanımın müxtəlif instansiyalara göndərdiyi məktublar haqqında ətraflı məlumat verilib.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.